Aprelin 23-də “Uşaqlar günü” kimi qeyd edilən Türkiyə Parlamentinin təsis edilməsinin 96-cı ildönümü münasibətilə Ottava Katolik Məktəb Şurası Türk dili Proqramı tərəfindən Kanada Türk İrsi Dil Assosiasiyasının dəstəyi ilə bayram şənliyi təşkil olunub.
Azərbaycanın Kanadadakı səfirliyindən lent.az-a verilən xəbərə görə, tədbirdə Ottavada fəaliyyət göstərən müxtəlif dil məktəbləri və mədəniyyət cəmiyyətlərinin şagirdləri rəngarəng mədəni proqramlarla çıxış ediblər. Keçən il olduğu kimi bu il də Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri tədbirə qatılaraq, milli rəqs, poeziya və musiqi nümunələri ilə qonaqlar qarşısında Azərbaycanı mədəniyyətini nümayiş etdiriblər.
Tədbirdə Türkiyənin Kanadadakı səfiri Selçuk Ünal və Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak ediblər.