“No Smoking” film festivalının final gecəsi keçirilib
18 iyun 2014 11:22 (UTC +04:00)

“No Smoking” film festivalının final gecəsi keçirilib

“Addım” Gənclər Təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə həyata keçirdiyi “No Smoking” film festivalının final gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, gecəni giriş sözü ilə “Addım”ın təsisçiləri Eldar Qasımov və Hüseyn Cavadzadə açıblar. Çıxışdan dərhal sonra festivalın finalına vəsiqə qazanmış 18 film nümayiş olunub. Daha sonra münsiflərin “Ən yaxşı film”i müəyyənləşdirdiyi zaman səhnəyə ukraynalı müğənni Andrey Yurets çıxıb.  Müğənni öz repertuarındakı mahnılarla bərabər, qonaqlar üçün məşhur " Səndən nigaranam" mahnısını ingilis dilində oxuyub. Ukraynalı müğənninin ifasından sonra münsiflərin səsverməsi əsasında festivalın baş mükafatı Elçin Telmanoğluna təqdim edilib. Qalibə mükafatı isə ötən il həmin müsabiqənin qalibi Nərmin Knyazlı təqdim edib.

 

 

 

Xatırladaq ki, festival çərçivəsində "Ən yaxşı rejissor" Elvin Abdullayev, "Ən yaxşı ssenari" Müşfiqə Hüseynli, " Ən yaxşı ideya" Cavanşir Eladisoy, "Ən yaxşı aktyor oyunu" Fidan Cəfərova, " Ən orijinal film" İbrahim Baxşıyevə qismət olub. Qaliblərə pul mükafatları verilib. Gecənin aparıcısı isə dj Valid Əliyev olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07