ABS-da nəşr olunan məşhur "Huffington Post" qəzetində Los-Ancelesdə oynanılan "Arşın mal alan" tamaşası barədə məqalə dərc edilib.
Məqalənin müəllifi “New York Times” və “Los Angeles Times” kKimi qəzetlərin tanınmış mədəniyyət tənqidçisi Olan Hilsmandır Xoytdur.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilmiş tamaşada şəxsən iştirak edən müəllif, ilk öncə ölkəmizin zəngin tarixə malik olduğunu və SSRİ-nin dağılmasından sonra sürətli müasirləşmə dövrünə qədəm qoyaraq, enerji ixracı və ticarət mərkəzinə çevrildiyini qeyd edib. Müəllif "Arşın mal alan" operettasının Los-Ancelesdə nümayiş etdirilməsini Azərbaycanın mütərəqqi və dünyəvi ənənələrinin davamı kimi qiymətləndirib.
Tamaşanın bütün ifaçılarının yüksək peşəkarlığını vurğulayan müəllif “Arşın mal alan” musiqisinin füsunkar olduğunu xüsusilə qeyd edib. O, həmçinin operettanın mövzusunun olduqca mütərəqqi olduğunu, köhnəlmiş ənənələrə qarşı və qadın hüquqları uğrunda mübarizəni özündə ehtiva etdiyini bildirib. H.Hilsman tamaşanın keçirildiyi Los- Ancelesin “Doroti Çandler pavilyon” teatrının tam dolmasını operettanın dünyəvi və mütərəqqi xarakterinin təzahürü kimi qiymətləndirib, təşkilatçıları, prodüseri və ifaçıları təbrik edib.
Məqalənin tam həcmi ilə bu linkdə tanış olmaq mümkündür. http://www.huffingtonpost.com/hoyt-hilsman/an-azerbaijani-operatta-a_b_3894592.html