“Language and Literature” jurnalında Hüseyn Cavid haqqında məqalə çap olunub
11 aprel 2014 22:46 (UTC +04:00)

“Language and Literature” jurnalında Hüseyn Cavid haqqında məqalə çap olunub

0

“Journal of Language and Literature” adlı jurnalda “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) adlı məqalə çap olunub.

 

Hüseyn Cavidin Ev Muzeyindən APA-ya verilən məlumata görə, məqalənin müəllifi ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Odri Altstadtdır.

 

O. Altstadt uzun müddətdir H.Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur.

 

Qeyd edək ki, O.Altstadt  2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 743

Oxşar yazılar