
“Eurovision”un keçiriləcəyi şəhər bəlli oldu
“Eurovision” beynəlxalq musiqi müsabiqəsinin keçiriləcəyi yer məlum olub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, növbəti yarış Hollandiyanın Rotterdam şəhərində baş tutacaq.
Təşkilatçılar bu şəhəri xüsusi tarixi və fərqləndirici xüsusiyyətlərinə görə seçiblər.
“Biz “Ahoy” konsert zalını seçirik, çünkü bu konsert zalı bizim parametrlərə daha çox uyğun gəlir”, - təşkilatçılar bildiriblər.
Müsabiqənin yarımfinalı 2020-ci il 12 və 14 may tarixlərində, final isə mayın 16-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Amsrterdamın “Eurovison”dan imtina etməsi xəbəri yayılmışdı. Haaqa və Breda şəhərlərinin rəhbərlikləri də müsabiqənin keçirilməsinə razılıq verməyiblər.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06