“Eurovision 2013” təmsilçimizin müəyyənləşdirilməsi üçün milli seçim turu davam edir. Lent.az-ın məlumatına görə,
turun 8-ci həftəsində Seyran İsmayılxanov, Valeriya Hüseynzadə, Ayişəbəyim Nağıyeva, Orxan Kərimli, Aysel Babayeva, Üzeyir Quliyev, Elvin Babaşov Ləman Dadaşova, Səid İsmayılzadə çıxış edəcək. İfaçılar bu gün “Eurovision” mahnılarını, sabah Azərbaycan estradasından nümunələri, çərşənbə günü isə dünya hitlərini səsləndirəcəklər. Səhnə imkanlarını həftənin 4-cü günü sərgiləyəcəklər, qalib cümə günü müəyyənləşəcək.
Onu da xatırladaq ki, münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən , Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova və Vlada Axundova turun final mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, ölkə təmsilçimiz mayın 16-da, Eurovision Mahnı Müsabiqəsinin 2-ci yarımfinalında yarışacaq. 58-ci şounun iştirakçıları “VVe are one”, yəni,” Biz birik” şüarı ilə bir araya gələcəklər.