Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə respublikamızda gənc ifaçıların “Böyük səhnə” adlı musiqi layihəsi keçirilir. Lent.az-ın məlumatına görə, İctimai Televiziyada (İTV) yayımlanacaq musiqi layihəsinin qalibi Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” də təmsil edəcək.
Yanvarın 9-dan Azərbaycanın iri şəhərlərində müsabiqənin ilkin dinləmə mərhələsi başlayıb. Seçim turları yanvarın 13-dək davam edəcək.
Müsabiqənin Şəki-Zaqatala bölgəsi üzrə seçim turu bu gün Şəki Musiqi Kollecində olub. Zona mərhələsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından 20-dən artıq ifaçı öz istedadını nümayiş etdirib.
Seçim turunda fərqlənən 4 ifaçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.