“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək
03 iyul 2015 11:32 (UTC +04:00)

“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək

İyulun 6-dan avqustun 15-dək Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda Koreya Kinosu Festivalı”  keçiriləcək.

 

APA-nın məlumatına görə, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.

 

Kino festivalında Koreya filmləri ölkəmizin 5 regionunda - Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust) və Qəbələdə (7-15 avqust) nümayiş olunacaq.

 

Festivalın rəsmi açılışı iyun ayının 6-da Gəncə şəhərində baş tutacaq və tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”)  adlı film təqdim olunacaq.

 

Kino festivalının bağlanış mərasimi avqust ayının 15-də Qəbələdə keçiriləcək. Festivala 2011-ci ildə rejissor Choi Ik-hwan tərəfindən lentə alınmış “Ana” (“Mama”) adlı filmlə yekun vurulacaq.

 

“Azərbaycanda Koreya Kinosu Festivalı”nın tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuz olacaq. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar