Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Moldovadakı səfirliyinin təşkilatçılığı ilə Moldova rəssamlarının Azərbaycana yaradıcılıq səfəri başlayıb. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Səfər zamanı Moldova rəssamları azərbaycanlı həmkarları ilə birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Tədbirin sonunda onların "Qalereya 1969" Qalereyasında sərgiləri olacaq.
Qeyd edək ki, səfər sentyabrın 30-dək davam edəcək.
Moldova rəssamları azərbaycanlı həmkarları ilə bir arada
612