İtaliyanın tanınmış kinorejissoru, ssenarist, kino tənqidçi Karl Lizzani oktyabrın 5-də 92 yaşında Romada 4-cü mərtəbədəki mənzilindən özünü ataraq intihar edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, 1922-ci ildə Romada anadan olub.
Kinematoqrafiyada fəaliyyət Roberto Rosselini, Cüzeppe de Santis vəi Alberto Lattuad kimi tanınmış italyanların ssenarilərinə tənqid yazmaqla başlayıb.
Sonra Milanda rejissor köməkçisi işləyib. İlk dəfə 1950-ci ildə «Cənubda nə isə dəyişilib» adlı sənədli film çəkib.
Növbəti il o, «Ehtiyaltı olun, quldurlar» bədii filmini çəkib. O, daha çox «Kasıb sevgililər haqda povest» filmi ilə məşhurlaşıb. Bundan sonra kriminal janrda «Veronda proses», «Milanda quldurlar», «Ağılsız Co», «Mussolini, sonuncu akt» filmlərini çəkib.
Keçmiş SSRİ-də yenidənqurma başlayandan «Əziz Qorbaçov» filmin çəkərək, Venesias kinofestivalına təqdim edib.
O, «Mein mehmanxanası» adlı sonuncu filmini 2007-ci ildə lentə alıb.
Son illər Karl Lizani televiziyalar üçün sənədli filmlər çəkib. 2013-cü ildə Canni Botsakki ilə birlikdə «Neorealizm. Biz yalnız «Velosiped oğrusu deyilik» filmini çəkib.
O, «İtaliya kinosunun tarixi» adlı kitab yazıb. O, iki dəfə İtaliyanın dövlət mükafatına layiq görülüb.