Bu gün Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhimin toyudur.
Lent.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran öz "Instagram" hesabında paylaşım edib. O, bildirib ki, məclis şəhər restoranlarından birində keçiriləcək.
"10 gün əvvəl mənə zəng edərək, titrək səslə müjdəni verdi və "Nurançik, səni Rəhimin toyuna dəvət edirəm", - dedi. O qədər sevindim ki...
Çünki Həmidə xanım bu günü çoxdan gözləyirdi. Hətta deyim ki, Rəhim doğulandan anası ancaq onun toyunu arzu edirdi", - Hacı Nuran vurğulayıb.
Hacı Nuran, Həmidə Ömərova və oğlu