Mayın 7-də koronavirusdan 70 yaşında dünyasını dəyişən Xalq artisti Arif Quliyevin məzarının üstü götürülüb.
Bunu Lent.az-a açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib.
Xatırladaq ki, bir müddət öncə Xalq artisti Arif Quliyevin məzar daşının hələ də hazırlanmaması barədə yerli mediada məlumat yayılmışdı. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilmişdi ki, Xalq artistinin məzarının üstünü onun yaxınları götürməlidir: "Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb".
Qeyd edək ki, A.Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.