Xalq artisti Ramiz Quliyevin SON DURUMU  - YENİLƏNİB
30 sentyabr 2025 10:13 (UTC +04:00)

Xalq artisti Ramiz Quliyevin SON DURUMU - YENİLƏNİB

0

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir".

Lent.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib.

“Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir”, - o bildirib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

***
29 sentyabr, saat: 20:28

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

“Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1202

Oxşar yazılar