Xalq artisti azərbaycanlı səfirdən danışdı: “Bir yük maşını gülləri daşıyardı”
23 fevral 2023 17:59 (UTC +04:00)

Xalq artisti azərbaycanlı səfirdən danışdı: “Bir yük maşını gülləri daşıyardı”

68 yaşlı bakılı müğənni Larissa Dolina Rusiya mətbuatına müsahibə verib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, müxtəlif mövzulardan söhbət açan müğənni əks cinsin nümayəndələrinin daim ona diqqətlə yanaşdığını, qayğısına qaldığını bildirib. Müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri müğənni Polad Bülbüloğludan da bəhs edir. 

Dolina qeyd edib ki, yaradıcılıq karyerasında Bülbüloğlu ilə bağlı xatirələri xüsusi yer tutur: 

“Yaradıcılığımızı, qastrollarımızı xatırlayarkən həmişə özümü xoşbəxt hiss edirəm. Qeyri-adi artist istedadlı bəstəkarsan. Bunu heç vaxt unutmayacağam. Onu da uutmayacağam ki, sənin hər konsertindən sonra bir yük maşını gələr, pərəstişkarlarının sənə verdiyi gülləri daşıyıb aparardı. Möcüzəyə bərabər günlər idi”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar