Dünya çempionatının ən yaşlı oyunçusu  karyerasını başa vurdu
17 iyul 2026 18:53 (UTC +04:00)

Dünya çempionatının ən yaşlı oyunçusu karyerasını başa vurdu

0

Şotlandiya millisinin qapıçısı Kreyq Qordon 43 yaşında karyerasını başa vurduğunu açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun ilk klubu olan "Hart of Midlotian" bu barədə açıqlama verib.

Qordon bir oyun belə oynamasa da, 2026-cı il Dünya çempionatında iştirak edən ən yaşlı oyunçu olub.

Qapıçı daha çox "Harts", "Sanderlend" və "Seltik" klublarında oynadığı vaxtlarla tanınır. O, 2004-2026-cı illər arasında Şotlandiya millisində 84 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar