Babək rayonunda QƏZA:  yaralılar var
17 iyul 2026 21:55 (UTC +04:00)

Babək rayonunda QƏZA: yaralılar var

0

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

Məlumata görə, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri – 1993-cü il təvəllüdlü Mirəli Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Ceyhun Məmmədov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar