Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində güclü leysanların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, daha 34 nəfər itkin düşüb.
Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Utszyan çayı sahilində baş verib.
İndiyədək 10 nəfər xilas edilib.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.