Ulduzlar dəbdəbəli mərasimlər üçün geyimləri haradan alırlar?
19 dekabr 2023 10:48 (UTC +04:00)

Ulduzlar dəbdəbəli mərasimlər üçün geyimləri haradan alırlar?

Hollivud ulduzlarının qırmızı xalı üzərində geyindikləri möhtəşəm paltarların sonrakı taleyi necə olur? Cəmi bircə dəfə geyinilən bu bahalı geyimlərin qiyməti yüz minlərlə ölçülür.

Lent.az ulduzların təntənəli gecələrdə geyindikləri dəbdəbəli paltarları necə əldə etmələri barədə məlumat verir.

Ulduzların çoxu qırmızı xalı üzərinə çıxmaq üçün geyindikləri paltarları almırlar. Onların stilistləri məşhur brendlərə aylar öncədən sifariş göndərir, onlar əllərində olan geyimlərin şəkillərini atır və seçim edilir. Moda evi həmin geyimi aktrisaya 48 saatlıq havayı verir. Bu, həmin brendin reklamıdır. Çox zaman geyim aktrisaya hədiyyə edilir.

Eyni qayda zərgərlik məmulatlarına da aid edilir. Brendlər reklam üçün aktrisaya zinət əşyası göndərir, bəzən onu hədiyyə edirlər. Söhbət qiyməti milyonlarla ölüçlən, çox bahalı əl işlərindən gedir.

Bəzi aktrisalar geyimləri özləri alırlar və yasifariş verirlər. Çünki brendlərin geyimlərinin ölçüsü uyğun gəlməyə də bilir.

Təntənəli geyimlər bahalı brendlərin defilelərində seçilib, bəyənilir, alınır.

Ulduzların dəbdəbəli mərasimlərində geyinilib, yenidən moda evinə qaytarılan möhtəşəm libaslar tədbirdən bir neçə il sonra böyük endirimlərlə satılır. Bir çox “modabaz” bir zamanlar hansısa ulduzun geyindiyi libası həvəslə alır. Ulduzlar isə əksinə, hansısa ulduzun bir dəfə geyinib kameralara düşmüş libaslarına görə brendləri məhkəməyə verə bilirlər.

Bəzi gözəl libaslar ulduzdan geri qayıtdıqdan sonra xeyriyyə məqsədilə hərraclarda satılır. “Qremmi” mükafatlandırma gecəsində geyinilmiş bir sıra libaslar “Qremmi” muzeyində qorunur. Bəzi ulduzlar öz libaslarının formasını dəyişdirib yenidən geyinə bilirlər. Bəzi ulduzların libaslarını isə sonradan onların ailəsindən olan başqa xanımların əynində görmək olar.

Kişi ulduzlar isə bu mənada rahatdılar. Onlar qara frak və ağ köynəklə canlarını qurtarmış sayılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5443

Oxşar yazılar