"300 spartalı" filmindən sonra populyarlaşan Jerard Batler yeni film çəkilişi zamanı üzünü yandırdığını açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə “Crash” filminin çəkilişləri zamanı baş verib.
Məlumatlara əsasən, onun üzünü sulfat turşusu yandırıb. Batler açıqlamasında deyib ki, çəkiliş zamanı avtomobilin əyləci ilə problem yaşayıb.
53 yaşlı aktyor çəkiliş meydançasında qarşısındakı mayenin əslində turşu olduğunu bilməyib:
“Puerto-Riko çox isti yerdir, orada tez-tez tərləyirdim. Üzümü ovuşdurmağa başladım və birdən turşunun boğazıma dolduğunu hiss etdim. Sonra ağzıma və burnuma da keçdi. Bir də gördüm ki, gözümdədir. Hiss etdim ki, yanıram. Sən demə, üzüm yanırmış”.
Hazırda Jerard Batlerin vəziyyəti normaldır.