Şuşaya qayıtmaq haqqı... - FOTOLENT  - YENİLƏNİB
15 yanvar 2021 12:43 (UTC +04:00)

Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB

 

Onların da həsrəti bitdi. Şuşaya ilk onlar qayıtdı. Dahi Üzeyirin, xan qızı Natəvanın, Bülbülün gülləbaran edilmiş heykəlləri.

O məşum 1992-ci ildə Şuşanı son onlar tərk etmişdilər.

Amma ilk qayıdan da onlar oldular.

Qayıdışın, Azadlığın mübarək, ŞUŞA!

“Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

 Əziz Şuşa, biz səni heç vaxt tək qoymayacağıq!

Saat 12:03

Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.

APA-nın məlumatına görə, “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.

Qeyd edək ki, heykəllər işğaldan sonra Bakıya gətirilmişdi.

# 3705
avatar

Oxşar yazılar