Kino tarixində ilk məşhur insandır ki, filmdəki yarlığı onu bütün həyatı boyu müşahidə edib. Söhbət, "I əməliyyatı və ya Şurikin qeyri adı sərgüzəştləri", "Qafqaz əsiri", "İvan Vasilyeviç peşəsini dəyişir", "Mənim mehriban atam" kimi məşhur filmlərin ulduzu, əfsanəvi sovet aktyoru Aleksandr Demyanenkodan gedir.
Azərbaycanın ən ucqar bölgəsində eynək taxan, sarışın adam varsa, onu mütləq “Şurik”ə bənzədirlər.
“Şurik”! Bəli, məhz bu yarlıq Demyanenkonun kino karyerasını dəfn etdi. O, potensialından daha böyük işlər görəcək aktyor idi.
“Şurik”in məşhurluğu onun sənətində və şəxsi həyatında özünü mənfi tərəfdən göstərdi. Kifayət qədər ciddi aktyor olan Demyanenko insanların küçədə ona “Şurik” deyə müraciət etməsinə qıcıq olurdu. Hətta bir dəfə restoranda yemək yeyəndə camaatın onun başına yığışması "siz Şuriksiniz?" deyərək müraciət etməsi onu dəhşətli dərəcədə əsəbiləşdirir və insanların üzərinə: "Əl çəkin məndən, məni rahat buraxın" deyə bağırır...
Əslində sevimli səhv edirdi. Tamaşaçılar əgər onu “Şurik” kimi sevir və qəbul edirdilərsə, deməli, sən bir sənətkar olaraq həddindən artıq yaddaqalan bir obraz yaratmısan. Demək ki, sən dahisən və onlar səni başqa obrazda tanımaq istəmirlər. Demyanenko bu məsələlərdən dərd tapdı, ürəyi xəstə düşdü və 1999-cu il, qaynar avqust günü ürək tutmasından dünyasını dəyişdi.
Sentyabr da isə o, açıq ürək əməliyyatı keçirəcəkdi. Həkimlər məzuniyyətdə olduqları üçün əfsanəvi Şurikin əməliyyatını sentyabr üçün planlamışdılar. Ancaq sənətkar sentyabrı gözləyə bilmədi, tələsdi ...
30 may, bu gün "Şurik"in 85 illik yubileyidir. Ruhun şad olsun, BÖYÜK SƏNƏTKAR!