Formula-1 : Antonelli Belçika Qran-prisini qazandı
19 iyul 2026 20:32 (UTC +04:00)

Formula-1: Antonelli Belçika Qran-prisini qazandı

0

"Mercedes" komandasının pilotu Kimi Antonelli Formula-1 üzrə 2026-cı il mövsümünün Belçika Qran-prisinin qalibi olub.

Lent.az xəbər verir ki, ikinci yeri "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü yeri isə "Red Bull"un pilotu Maks Ferstappen tutub.

Bu, 19 yaşlı Antonellinin cari mövsümdə altıncı qələbəsi olub. O, 204 xalla ümumi hesabda liderliyini qoruyur. Konstruktorlar Kubokunda isə "Mercedes" 358 xalla ilk pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1174

Oxşar yazılar