Biləsuvarda iki yük maşını toqquşdu
19 iyul 2026 16:45 (UTC +04:00)

Biləsuvarda iki yük maşını toqquşdu

0

Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alan var.

Lent.az-ın xəbərinə görə, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi “Ford Transit” markalı kiçiktonajlı yük avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən "Ford Transit"in ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

​Qəza nəticəsində Cavid Babayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1130

Oxşar yazılar