Cəlilabadda minik maşını 8 yaşlı uşağı  vurdu
19 iyul 2026 22:39 (UTC +04:00)

Cəlilabadda minik maşını 8 yaşlı uşağı vurdu

0

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S. Mustafayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



İlkin Rzayev 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1428

Oxşar yazılar