Ssenaristlərin tətili Kaliforniyaya gündə 30 milyon dollar  ziyan vurur
17 may 2023 16:51 (UTC +04:00)

Ssenaristlərin tətili Kaliforniyaya gündə 30 milyon dollar ziyan vurur

Amerika Yazıçılar Gildiyasının on beş ildə ilk tətili mayın 2-də başlayıb. Onlar Netflix, Amazon, Apple, Disney, Warner Bros. Discovery, NBC Universal, Paramount və Sony şirkətləri ilə danışıqlar nəticə vermədikdən sonra etiraz aksiyası keçirirlər.

Lent.az xəbər verir ki, Kaliforniya Yazıçılar Birliyinin məlumatına görə, davam edən tətil Kaliforniya iqtisadiyyatına gündə 30 milyon dollara başa gəlir. Bu barədə “Deadline” nəşri məlumat verib. Qeyd olunur ki, bu rəqəm Milken İnstitutunun 2007-2008-ci illərdə 100 günlük tətilin ştat iqtisadiyyatına təxminən 2,1 milyard dollar, yəni hər gün demək olar 21 milyon dollar ziyan vurması ilə bağlı hesablamalarına əsaslanır.

Əgər bu tətil də 100 gün davam edərsə, o zaman ştatın iqtisadiyyatı üç milyard dollar məbləğində itki ilə üzləşə bilər.

Tətilin bir hissəsi olaraq Gildiyadakı bütün ssenaristlər peşəkar fəaliyyətlərini dayandırdılar. Ssenari müəllifləri studiyalardan daha yaxşı iş şəraiti, o cümlədən maaşların artırılmasını tələb edirlər.


 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar