Aktyor Azər Baxşəliyevin son durumu - YENİLƏNİB
03 yanvar 2025 12:18 (UTC +04:00)

Aktyor Azər Baxşəliyevin son durumu - YENİLƏNİB

Komada olan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Lent.az-a bildirib ki, bir qədər öncə xəstəxanadan verilən məlumata görə xəstənin vəziyyəti eyni olaraq qalır.

Süni tənəffüs aparatına qoşulu olaraq ağır vəziyyətdədir.

***
2 yanvar 2025-ci il saat 17:54

Aktyor Azər Baxşəliyev ölümdən xilas edilib.

Bu barədə Lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanmışdı. Hazırda ürəyi döyünür. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.

***

16:00

Aktyor Azər Baxşəliyev vəfat edib.

Lent.az xəbər verir ki, o, bu gün günorta saatlarında müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Faktı universitetin mətbuat katibi Günel Aslanova Lent.az-a təsdiqləyib. Onun sözlərinə görə, aktyor dünən axşam saatlarında ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib və aparata qoşulub.

Məlumata əsasən, mərhum aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10347
avatar

Oxşar yazılar