"Son 40 ilin mahnıları daha sarsaq, aqressiv və bəsitdir" - ARAŞDIRMA
30 mart 2024 14:14 (UTC +04:00)

"Son 40 ilin mahnıları daha sarsaq, aqressiv və bəsitdir" - ARAŞDIRMA

Son 40 ildə yazılan musiqilər üzərində araşdırma aparan mütəxəssilər müəyyən ediblər ki, müxtəlif üslublarda olan musiqi sözləri sadə, təkrarlanan və daha aqressiv olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmanın nəticələri göstərib ki, rep mahnıları daha çox qəzəb, neqativ emosiyalar və aqressiyaya saçır.

Tədqiqatın müəlliflərindən biri, İnsbruk Universitetindən Eva Zangerlenin sözlərinə görə, musiqidə aqressiya cəmiyyətdəki dəyişiklikləri əks etdirir və görünür ki, cəmiyyətdə də aqressiya çoxalıb. 

Zangerle və həmkarları 1980-ci ildən 2020-ci ilə qədər buraxılmış 12 min ingilis dilində mahnının sözlərini təhlil edib, həmçinin onlayn platformalarda səhifə baxışlarını öyrəniblər. Tədqiqat göstərib ki, mahnıların sözləri daha sadə və bəsit hala gəlib.

"Son 40 il bizim musiqi dinləmə tərzimizə təsir edib. Tədqiqat həmçinin müasir mahnılarda, xüsusilə rep və rok mahnılarında söz azadlığının daha çox olduğunu göstərir. Zaman keçdikcə mahnı sözləri daha emosional və qəzəbli yazılıb. Çoxlu təkrarçılığa yol verilib. Daha çox ədəbsiz ifadələrdən, sarsaq və mənası olmayan kəlmələrdən istifadə olunub”,-  araşdırmaçılar bildiriblər.

# 1962
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar