İnternetdə sentyabrın 20-də 91 yaşı tamam olan əfsanəvi italyan aktrisa Sofi Lorenin yeni fotosu yayılıb.
Lent.az xəbər verir ki, şəkili aktrisanın böyük oğlu, dirijor Karlo Pontinin yeni həyat yoldaşı onun Instagram hesabında paylaşılıb. Cenevrədə baş tutan nikah mərasimində çəkilən fotolarda Sofi Loreni də görmək mümkündür – kiçik oğlu Eduardo Ponti onun əlindən tutur.
Məlum olduğu kimi, 56 yaşlı Karlo Ponti və gürcü fitnes-məşqçi Mariam Şarmanaşvilinin toyu hələ 26 iyulda Gürcüstanın qədim Mtsxeta şəhərində, Samtavro monastırında baş tutub. Aktrisanın oğlu hətta pravoslavlığı qəbul edib və Davit adını alıb.
Qeyd edək ki, Sofi Loren gözəlliyi, cazibəsi və istedadı ilə tanınan əfsanəvi italyan aktrisadır. O, 1950–1970-ci illərin klassik italyan və Hollivud filmlərindəki rolları sayəsində dünya şöhrəti qazanıb. Xüsusilə “İki qadın” (“La Ciociara”) filmindəki rolu ilə “Oskar” mükafatına layiq görülüb və bu mükafatı qazanan ilk italiyalı aktrisa olub.
Sofi Lorenin hər iki oğlu onun 2007-ci ildə vəfat edən həyat yoldaşı, italyan kinoprodüseri Karlo Ponti ilə evliliyindən dünyaya gəlib.