Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, komitənin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.
Qeyd edək ki, uşaqlıqda aparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.