Türkiyə kanalında yayımlanan "Aile" serialının çəkilişləri zamanı qəza yaşanıb. əsnasında meydana gələn qəzada bəzi set işçiləri yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə "Ay yapım" təşkilatçı şirkəti məlumat yayıb.
Sosial media hesabından açıqlama verən Ay Yapım çəkiliş meydançasında baş verən dəhşətli qəzanı izah edərək, araşdırmaya başladığını açıqlayıb. Prodüser şirkəti tərəfindən edilən açıqlamada bu ifadələrə yer verilib:
"Ailə serialımızın 11-ci bölümünün final səhnəsinin çəkilişləri zamanı üzücü hadisə baş verdi. Bəzi həmkarlarımız yaralansa da, səhv və nöqsanlarla bağlı araşdırmalar başladı. Hər cür araşdırma və müayinə aparılacaq və nəticə bizim tərəfimizdən alınacaq. Bütün həmkarlarımıza uğurlar arzulayırıq”.
Qeyd edək ki, serialın baş rollarında Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Canan Ergüder, Nur Sürer, Nejat İşler və Yüsra Geyikin rol canlandırır.