Şəki, Xırdalan və Lənkərana 30 min avro  ayrıldı
04 noyabr 2021 16:09 (UTC +04:00)

Şəki, Xırdalan və Lənkərana 30 min avro ayrıldı

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 2021-ci ilin may ayında başlayan qrant müraciətləri üçün müsabiqə Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan aşağıdakı 3 şəhər seçilib: Şəki, Xırdalan, Lənkəran.

Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 Avroya qədər qrant alacaq.Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, Mədəniyyət Nazirliyinin şöbə müdiri, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin icra başçıları, EU4Culture layihəsinin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2599

Oxşar yazılar

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01