“WhatsApp”da telefon nömrəsi paylaşmaq  məcburiyyəti aradan qalxır
22 iyul 2026 01:41 (UTC +04:00)

“WhatsApp”da telefon nömrəsi paylaşmaq məcburiyyəti aradan qalxır

0

“WhatsApp” istifadəçilərə telefon nömrəsini paylaşmadan əlaqə saxlamağa imkan verəcək yeni "istifadəçi adı" funksiyasını istifadəyə verməyə hazırlaşır.

Lent.az xəbər verir ki, yenilik sayəsində insanlar bir-birini telefon nömrəsi əvəzinə seçdikləri istifadəçi adı ilə tapa və yazışa biləcəklər.

Yeni istifadəçi adları unikal olacaq və müəyyən qaydalara uyğun seçiləcək.

İstifadəçilər istədikləri vaxt bu adı dəyişə və ya silə biləcəklər. Funksiya xüsusilə məxfilik baxımından üstünlük yaradacaq, çünki şəxsi telefon nömrəsini tanımadığı insanlarla paylaşmağa ehtiyac qalmayacaq.

Yeniliyin yaxın aylarda mərhələli şəkildə bütün “WhatsApp” istifadəçilərinə təqdim olunacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar