Avropada istirahət üçün ən yaxşı adalar
21 iyul 2026 13:43 (UTC +04:00)

Avropada istirahət üçün ən yaxşı adalar

0

Mütəxəssislər iqlimi, təbiəti və qastronomiyası ilə seçilən Avropanın ən yaxşı istirahət adalarını müəyyənləşdiriblər. Avropada ada tətili planlaşdıranlar üçün Saga Holidays turizm şirkəti 2026-cı ilin ən yaxşı istiqamətlərini açıqlayıb. Euronews-un məlumatına görə, araşdırma zamanı Avropanın 80 adası üç əsas meyar üzrə qiymətləndirilib.

Lent.az bu adaları təqdim edir:

Qiymətləndirmədə günəşli günlərin sayı, yağıntı, külək və rahat temperatur kimi hava şəraiti, restoran, kafe və barların sayı ilə qastronomiya imkanları, həmçinin yaşıllıq və təbii ərazilərin genişliyi nəzərə alınıb. Yekun nəticələr hesablanarkən təbiət göstəricisinə 45 faiz, hava şəraitinə 35 faiz, qastronomiyaya isə 20 faiz pay verilib.

2026-cı ildə Avropanın ən yaxşı istirahət adaları

Araşdırmanın qalibi İspaniyaya məxsus Kanar adalarının ən böyüyü olan Tenerife olub. Ada 100 mümkün baldan 95-ni toplayaraq siyahıya başçılıq edib. Mütəxəssislər bu uğuru möhtəşəm təbiət mənzərələri, zəngin yerli mətbəx və ilboyu günəşli hava ilə əlaqələndiriblər. İkinci yeri 94 xalla La Palma tutub. "Gözəl ada" kimi tanınan bu məkan zəngin biomüxtəlifliyi və davamlı inkişaf prinsiplərinə sadiqliyi sayəsində UNESCO-nun Biosfer Qoruğu statusuna malikdir. Üçüncü pillədə isə 93 xalla Portuqaliyanın Madeira adası qərarlaşıb. Burada yerləşən qədim Laurisilva dəfnə meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

İlk beşliyi Xorvatiyanın Korçula və Mljet adaları tamamlayıb. Hər iki ada təbii gözəllikləri və aktiv istirahət imkanları ilə seçilir.

Avropanın ən yaxşı 10 adası
Tenerife (Kanar adaları, İspaniya) - 95 bal
La Palma (Kanar adaları, İspaniya) - 94 bal
Madeira (Portuqaliya) - 93 bal
Korçula (Xorvatiya) - 92 bal
Mljet (Xorvatiya) - 90 bal
Mayorka (Balear adaları, İspaniya) - 89 bal
Loşin (Xorvatiya) - 88 bal
Braç (Xorvatiya) - 87 bal
Qran Kanariya (İspaniya) - 86 bal
La Qomera (İspaniya) - 85 bal

Ən yaxşı iqlimə malik adalar

Hava şəraitinə görə də Kanar adaları lider olub. İlboyu mülayim iqlimi ilə tanınan arxipelaq bu kateqoriyada ən yüksək nəticələri göstərib.

İlk üçlük belə sıralanıb:

Tenerife - 88 bal
La Qomera - 86 bal
Qran Kanariya - 85 bal

Mütəxəssislər Kanar adalarını əlverişli hava, zəngin təbiət və inkişaf etmiş turizm infrastrukturu sayəsində Avropanın ən yaxşı arxipelaqı adlandırıblar.

Qastronomiya həvəskarları üçün ən yaxşı adalar

Səyahətdə əsas məqsəd yerli mətbəxi kəşf etməkdirsə, mütəxəssislər İtaliyanı tövsiyə edirlər.

Bu kateqoriyada ilk üçlük belə olub:

Kapri - 75 bal
Sardiniya - 66 bal
Santorini (Yunanıstan) - 65 bal

Kapridə turistlərə məşhur Kapreze salatı və pendir, parmezan və mərzə ilə hazırlanan ənənəvi Kapreze raviolisi dadmaq tövsiyə edilir.

Avropanın ən yaşıl adaları

Ən çox təbii əraziyə malik adalar siyahısında Xorvatiya üstünlük təşkil edib.

İlk üçlük belədir:

Mljet (Xorvatiya) - 86 bal
Madeira (Portuqaliya) - 85 bal
Korçula (Xorvatiya) - 83 bal

Mljet adası tez-tez "Yaşıl ada" adlandırılır. Dubrovnik və Split qədər məşhur olmasa da, təbiətlə iç-içə sakit istirahət axtaranlar üçün ideal məkan hesab olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar