“Speedtest Global Index”in məlumatına görə, Azərbaycan iyun ayında mobil internet sürətinə görə 98 ölkə arasında 46-cı yerdə qərarlaşıb.
Lent.az bildirir ki, Azərbaycanda iyun ayında mobil internetin orta sürəti 98,61Mbps təşkil edib.
Ermənistan iyun ayında mobil internet sürətinə görə may ayı ilə müqayisədə iki pillə irəliləyərək 98 ölkə arasında 61-ci yerdə qərarlaşıb.
Ermənistanda iyun ayında mobil internetin orta sürəti 74,32 Mbps təşkil edib.
Gürcüstan 17-ci yerdə (168,84 Mbps) qərarlaşıb. Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbps) qeydə alınıb.
Stasionar internet reytinqində Azərbaycan 149 ölkə arasında 84-cü yerdə (92,18 Mbps) qərarlaşıb.
Ermənistan bu göstərici üzrə 85-ci (91,69 Mbps), Gürcüstan isə 107-ci yerdədir (50,83 Mbps).
Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbps) qeydə alınıb.
Stasionar internet sürətinə görə ölkələrin reytinqi
1. Sinqapur 425.5 Mbps
2. Birləşmiş Ərəb Əmirlikləri 384.5 Mbps
3. Honq Konq 352.4 Mbps
4. Fransa 349.4 Mbps
5. İslandiya 347.3 Mbps
6. Çili 335.0 Mbps
7. Makao 318.1 Mbps
8. ABŞ 309.8 Mbps
9. İsveçrə 292.6 Mbps
10. Danimarka 291.6 Mbps