Qara dəliklər necə qidalanır? – Mühüm açıqlama
21 iyul 2026 23:41 (UTC +04:00)

Qara dəliklər necə qidalanır? – Mühüm açıqlama

0

Ceyms Vebb Kosmik Teleskopunun müşahidələri superkütləli qara dəliklərin necə sürətlə böyüdüyünü üzə çıxarıb.

Lent.az-ın məlumatına görə, tədqiqat göstərib ki, qara dəliklər kosmik "geri dönüşüm" prosesi sayəsində özlərini davamlı şəkildə qidalandıra bilirlər.

Müşahidələrə görə, qara dəliyin ətrafa atdığı qaz zamanla soyuyaraq yenidən onun mərkəzinə qayıdır. Bu qazlar qara dəliyin ətrafında disk əmələ gətirir və yeni maddələrin udulmasını təmin edərək böyümə prosesini davam etdirir.

Alimlər bu prosesi Yer kürəsindən 145 milyon işıq ili uzaqlıqda yerləşən NGC 4696 qalaktikasında müşahidə ediblər.

Burada eni təxminən 800 işıq ili olan və saatda 2 milyon kilometrdən çox sürətlə hərəkət edən nəhəng qaz axını aşkarlanıb.

Bu müşahidələr qara dəliklərin qidalanma mexanizminin son mərhələsini ilk dəfə birbaşa təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar