Şair qohumuna nə üçün  “gorbagor”   deyib, yas məclisinə getmədi?
10 iyul 2023 16:32 (UTC +04:00)

Şair qohumuna nə üçün “gorbagor” deyib, yas məclisinə getmədi?

Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı xatirələri təqdim edir. Bu dəfə Xalq şairi Xəlil Rza Ulutürkün ömür kitabından bir neçə sətri təqdim edirik.

Birinci Qarabağ müharibəsinin getdiyi günlərdə Xəlil Rza Ulutürkün ömür yoldaşı Firəngiz xanım deyir ki, filan qohumumuz ölüb, sabah yasa getməliyik. Şair öncə "gedək" desə də, sonra mərhumun ölüm səbəbini öyrənincə fikrindən daşınıb.

- Nədən ölüb ki?

- Özünü asıb öldürüb.

- Yox, onda gedəsi olmadım.

- Niyə?

- Adam olaydı, özünü öldürmək istəyirdisə, gedəydi Qarabağa, 5-6 erməni öldürəydi, elə öləydi. Həm şəhid olardı, həm də niyyətinə çataydı. İndi gorbagor olub. Uşaqlarını biabır edib. Ora getməyə dəyməz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar