Amerikanın məşhur aktyoru, sağalmaz xəstəlikdən əziyyət çəkən Bryus Uillis ilk dəfə ictimaiyyət qarşısında görünüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, sadə geyimlə küçədə gəzərkən jurnalistlərin kamerasına tuş gəlib.
Onu da qeyd edək ki, aktyorun görünüşündəki qocalıq diqqətdən yayınmayıb.
Xatırladaq ki, Bryus Uillisa afaziya xəstəliyi diaqnozunun qoyulduğunu ilk dəfə onun keçmiş həyat yoldaşı Demi Mur açıqlamışdı.