Roma Papası özünün sevimli dörd filmini açıqlayıb və seçimi bir çox dindarları təəccübləndirib.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Pontifikin fikrincə, ən yaxşı filmlər bunlardır: “Bu Möhtəşəm Həyat” (1946, ABŞ), “Musiqinin Səsləri” (1965, ABŞ), “Həyat Gözəldir” (1997, İtaliya) və “Adi İnsanlar” (1980, ABŞ). Bəzi müşahidəçilər sonuncu filmin ailə faciəsini və posttravmatik sindromu əks etdirən psixoloji dram olmasına diqqət çəkiblər.
Həmçinin məlum olub ki, XIV Lev Vatikanın Apostol Sarayında Keyt Blanşett, Deyv Franko, Spayk Li və Corc Miller kimi bir sıra aktyorlarla görüşməyi planlaşdırır.