Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək  5 film   -VİDEO
01 may 2025 13:16 (UTC +04:00)

Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO

Adrenalin və unudulmaz hisslər axtarırsınız? 2025-ci ilin bu filmləri sizi həm süjetin gərginliyi, həm də gözlənilməz döngələri ilə heyrətləndirəcək.

Lent.az elmi fantastikadan tutmuş casus macəralarına qədər sizi sona qədər gərginlikdə saxlayacaq filmlərin siyahısını təqdim edir.

"Yoldaş"

Fəlsəfi mövzuları olan gərgin elmi-fantastik triller. Ayris adlı qız sevgilisi və dostları ilə istirahətə yollanır. Lakin tezliklə sevgilisinin manipulyator olduğu və Ayrisin əslində insan deyil, idarə olunan şüura malik robot-yoldaş olduğu üzə çıxır. Sevgilisinin onu cinayətlər üçün proqramlaşdırdığını anlayan Ayris azadlıq və həyat uğrunda mübarizəyə başlayır.

"Mikki 17"

Elmi-fantastik film qəhrəman Mikki 17-nin pulla əlaqəli təhlükəli kosmik səyahətindən bəhs edir. O, dəfələrlə ölür və yeni bədənlərdə yenidən doğulur. Lakin növbəti ölümdən sonra görür ki, onun klonu onun yerini tutub. İndi Mikki öz həyatını və sevgisini qorumaq üçün amansız rejimə qarşı mübarizə aparmalıdır.

"Əməliyyat: Qara Çanta"

Gərgin casus dramı. Film əfsanəvi kəşfiyyatçı Corc Vudhaus və onun həyat yoldaşı Ketrin haqqındadır. Ketrin vətənə xəyanətdə şübhəli bilindiyi zaman, Corc çətin seçim qarşısında qalır: öz ölkəsinə sadiq qalmaq, yoxsa ailəsinə?

"Həyata Doğru"

Keçmiş fransız agenti Frank Lazarev keçmişin kabusları ilə üz-üzə qalır. Naməlum silahlı qrup ona hücum edir və həyat yoldaşını oğurlayır. Frank sevdiyini tapmaq və bu hücumun arxasında duranları ifşa etmək üçün təhlükəli bir yola çıxır.

"Girov"

2022-ci ildə Amsterdamdakı Apple Store-da baş vermiş real girov hadisəsindən ilham almış gərgin drama-triller. Süjetə görə, bir kişi silahlı şəxsin tanınmış mağazanı ziyarətçilərlə birlikdə ələ keçirməsi nəticəsində həyat üçün təhlükəli bir vəziyyətdə qalır. Film hadisələrə qəhrəmanların gözü ilə baxır, qorxu, cəsarət və yaşamaq istəyini nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34