Reyhan Müslümovanın ölümü 1 həftə ailəsindən gizlədilib - Bacısı NƏLƏR DANIŞDI?
29 aprel 2023 13:47 (UTC +04:00)

Reyhan Müslümovanın ölümü 1 həftə ailəsindən gizlədilib - Bacısı NƏLƏR DANIŞDI?

Mərhum müğənni Reyhan Müslümovanın ölümü ailəsindən düz 1 həftə gizlədilib.

Lent.az-ın xəbərinə görə, bu barədə onun bacısı İsmət xanım televiziya proqramlarından birində məlumat verib. Onun dediyinə görə, Reyhan Müslümova öləcəyini 1 ay öncə yuxuda görsə də, əməliyyat etdirmək fikrindən daşınmayıb:

“1 ay öncə yuxuda özünü qanın içində ölmüş halda görmüşdü. Əvvəl dedi getməyəcəyəm, sonra fikrini dəyişdi. Düz 11 kilo piy çəkdirdi. Sərxoş halda əməliyyata girən həkim bacımı qanına qəltan eləyib. O, şəkər xəstəsi olduğuna görə, əməliyyat olmazdı. Ama etdirdi”.

İsmət xanım əlavə edib ki, həkim həbs olunmasın deyə, ailəsinə reyhanın əməliyyatdan çıxdığı bildirilib:

“Bacım ölüb, yalandan dedilər ayıldı, yaxşıdır. Belə ediblər ki, həkimi həbs etməsinlər. Yalandan bizə dərman aldırırdılar, deyirlər, yaxşıdır. Bir həftə sonra açıqladılar ki, ölüb”.

Qeyd edək ki, Reyhan Müslümova 2015-ci ildə dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar