Lent.az bu il tamaşaçılara təqdim edilən, real hadisələr əsasında çəkilmiş 8 maraqlı kriminal film barədə məlumat verir.
“Məhəbbət və ölüm”
Film Texasda yaşayan iki ailədən bəhs edir. Ailəvi dost olan iki xanımdan biri qorxunc sirri öyrənincə hadisələrin gedişatı dəyişir. Kendi ərinin məşuqəsi olan rəfiqəsini dəhşətli işğəncələr verərək öldürür. Rəfiqəsini baltayla parçalayan Kendiyə məhkəmədə haqq qazandırılır.
“Fişer” filmi SSRİ-nin ən qorxulu manyaklarından biri 11 azyaşlı oğlanı öldürmüş Sergey Qolovkin barədədir. O Fişer adı ilə tanınırdı. 1996-cı ildə güllələnərək edam olunub.
“Bostonlu adamboğan” filmi 13 qadını boğaraq öldürən Albert de Salvo barədə filmdir. Onun cinayətlərini isə Loretta Makklaflin adlı jurnalistin araşdırmaları açır.
“Xeyirxah tibb qardaşı” adlı filmdə Kallen adlı tibb qardaşı xəstələrə ölümcül dozalı iynələr vurmaqla onları öldürür. O bu yolla ağır xəstələrin əzablarına son vermək istəyir. Onun öldürdüyü xəstələrin dəqiq sayı məlum deyil.
“Qara quş” filminin baş qəhrəmanı həbsxanaya salınıb, kamera yoldaşının etiraflarını almalı olan idmançıdır. Qatillə birlikdə keçən günlərin gərginliyi tamaşaçıya həyəcanlı anlar yaşadacaq.
“Uaythaus” filmi 1985-ci ildə Esseks qraflığında qətlə yetirilmiş bütöv bir ailənin faciəsi barədədir. Ailəni psixi xəstə olan qızın öldürdüyü düşünülsə də, həqiqət başqadır.
“İtkinlər” filmində qızı itkin düşmüş ana polisə müraciət edir. Polisə müraciət etdikdən sonra anaya aydın olur ki, qızı fahişəliklə məşğul olurmuş və bir neçə fahişəni öldürmüş manyak tərəfindən oğurlanıb.
“Asosial şəbəkə” filmi anonim internet portalında qadağan olunmuş maddələr satan gəncin tutulması ilə başlanır. İldə milyard dollarlarla qazanc götürən gənc minlərlə insanı narkotik mübtəlasına və qurbanına çevirir.