"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu
29 mart 2023 18:56 (UTC +04:00)

"Ramiz Rövşən mükafatı" müsabiqəsinin nəticələri elan olundu

“TEAS Press˝ nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin 2022-ci il dekabrın 15-də elan etdiyi ˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin nəticələri elan olunub.

Lent.az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimi “Libraff”ın “Park Akademiya” filialında keçirilib.

1-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqənin şərtlərinə görə, hər bir müraciətçi Ramiz Rövşənin müəllifi olduğu şeirlərdən birini ifa edərək, video formasında göndərməli və bu zaman müsabiqənin müəyyən edilmiş şərtlərini əhatə etməli idi.

Onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilirib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib.

1-4-cü siniflər üzrə Ləman Abbaszadə, 5-8-ci siniflər üzrə Səbirə Həsənli, 9-11-ci siniflər üzrə Nihad Rəhimli qalib seçiliblər. Müsabiqənin qaliblərinə mükafatları şəxsən Xalq şairi Ramiz Rövşən özü təqdim edib.

Xalq şairi Ramiz Rövşənin çıxışı ilə başlayan tədbirdə yazıçı Zahid Xəlil, ədəbiyyatşünas Qismət Rüstəmov, şair Aqşin Yenisey və Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edərək müsabiqənin önəmindən danışıblar.

Qaliblərlə yanaşı müsabiqədə həvəsləndirici yerlərə layiq görülən İpək Məcid, Zeynəb Bağırova, Nəzrin Xəyyamqızı və Sadiq Mahmudov da mükafatlandırılıblar.

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş ˝Ramiz Rövşən mükafatı˝, ˝LIBRAFF˝dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti təqdim olunub. Bundan başqa, müsabiqənin münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə də həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.

Növbəti müsabiqələrdən xəbərdar olmaq üçün ˝LIBRAFF˝ın sosial media hesablarını izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1861

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21