Qurultaya dəvət almayan yazıçı  DƏRDİNİ DANIŞDI
25 oktyabr 2022 16:44 (UTC +04:00)

Qurultaya dəvət almayan yazıçı DƏRDİNİ DANIŞDI

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayının nümayəndələrinin siyahısı açıqlanıb. Qurultayda ümumilikdə 330 nəfər iştirak edəcək. Siyahı açıqlandıqdan sonra qurultayda iştirak üçün mandat ala bilməyən bir çox şair və yazıçılar narazılıqlarını ifadə edilər.

AYB-nin Oğuz bölməsinin sədri Vüsal Oğuz Lent.az-a açıqlamasında bildirib ki, hər kəs özünü o qurultayda görmək istəyir: “Mən ilk dəfə bu qurultayda iştirak edəcəm.

Namizədlər AYB-nın bölmələrindən, onun müxtəlif sektorlarından seçilir.

Bölmələrdən əsasən hər 10 nəfərə bir namizəd seçilir. Mən AYB-nin Oğuz Bölməsinin sədri olaraq dəvət almışam. Mənimlə bərabər bölməmizdən daha iki nəfər də iştirak edəcək. Qurultayın mənə nə verdiyini qurultaydan sonra deyə bilərəm”.


Yazıçı Azər Qismət Lent.az-a açılamasında bildirib ki, qurultaya dəvət almayıb və dəvətin hansı kriteriyalar əsasında edilməsindən xəbərsizdir.  

Bununla belə yazıçı AYB-in gələcək fəaliyyəti ilə bağlı təkliflər də səsləndirib:

“Doğrusu qurultayda adımın olmamağına üzülmürəm, bu mənim yaradıcılığımda əks-səda doğuran hadisə deyil. Mənim üçün vacib məsələ deyil. Lakin kimin sədr seçilməyindən asılı olmayaraq, bəzi məsələlərə fikir verilsə, yaxşı olardı. Mən infarkt oldum, kimsə AYB-dən zəng vurub maraqlanmadı. Gərək yazıçı özü zəng edib kömək istəyə? Bunu AYB etməlidir.  Müəyyən vəsait ayrılmalıdır ki, yazıçılar müalicə ala bilsinlər. Yazıçılar poliklinikası pis vəziyyətdədir yeni avandanlıqlar alsınlar, vaxtilə bu olub. Yazıçılar şəhərçiyi olsun, üzvlük haqqı toplasınlar ki, biz güzəştli qaydalarla ev ala bilək”. 

O bir təklif də səsləndirib.

“Bir də Şuşaya yazıçıları aparırlar. Mən həsrətində deyiləm, istəsəm, özüm gedə bilərəm. Hər səfərdə eyni adamları aparmasınlar, hamıya diqqət ayrılsın ki inciklik olmasın”,- deyə yazar qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2721
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar