Qoyun sürüsü film çəkilişinə mane oldu
18 sentyabr 2022 04:29 (UTC +04:00)

Qoyun sürüsü film çəkilişinə mane oldu

"Çətin tapşırıq" filminin sayca 8-ci hissəsinin çəkiliş meydançasında maraqlı hadisə baş verib.

Lent.az AZƏRTACa istinadla xəbər verir ki, çəkiliş meydançasına qoyun sürüsü "basqın" edib. Hadisə Böyük Britaniyada baş verib.

Filmdə baş rolun ifaçısı Tom Kruz sürünün keçə bilməsi üçün heyvanlara yol verməli olub və çəkilişdə müvəqqəti fasilə yaranıb.

İnsidentin ümumi çəkiliş cədvəlinə təsir etməyəcəyi bildirilib.

# 1965
avatar

Oxşar yazılar