Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?
07 dekabr 2022 10:25 (UTC +04:00)

Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?

Xorror janrında (dəhşət və qorxu) çəkilən filmlər ekrana çıxmazdan öncə 18+ deyə xəbərdarlıq gəlir. Çünki qorxu filmlərinin insanda yaratdığı gərginlik illər sonra da psixoloji problemlərə səbəb ola bilər.

 Lakin xeyli qorxu filmləri var ki, uşaqlar da rol alırlar. Bəs onları filmə necə çəkirlər? Lent.az bu barədə araşdırmanı təqdim edir.

Rejissor və operatorlar belə filmləri çəkərkən uşaqların psixikasına ziyan verməmək üçün bir neçə fənddən istifadə edirlər. İlk növbədə filmə çəkiləcək uşaqların valideynləri ilə iş aparılır. Onlar qorxu filmini uşağa qorxunc bir şey kimi deyil, sadəcə əyləncə kimi təqdim etməlidirlər. İkincisi qorxunc kadrlar çəkilərkən valideynlər mütləq uşaqların yanında, çəkiliş meydançasında olurlar.

Uşaqlar çəkilərkən mimikaları təbii alınsın deyə ani reaksiyalarına səbəb olacaq hərəkətlər etmək, qorxunc effektlər vermək qadağandır.

Uşaq mütləq eyni kadrda oynayacağı kabusu, qorxunc məxluqat rolunu ifa edən aktyoru görməlidir. Görür, tanış olur, anlayır ki, bütün bunlar sadəcə filmdir və oyundur.

O, hətta aktyorların qorxunc obraza bürünmələrinin, qrimlənmə anlarının da şahidi olur.

Əgər uşaq doğrudan da qorxursa, bir çox səhnələr geridən əvvələ doğru çəkilir. Uşaq sonluğun nə olacağını öncədən görür, bilir.

Film çəkilərkən gurultu, qorxulu səslər, musiqi effektləri olmur. Bu da aktyor uşaqların çəkilməsini rahatlaşdırır. Uşaq özü qorxunc varlıq rolunu oynayanda onunla psixoloqlar komandası işləyir. Çünki uşağın özünü fövqəladə gücləri olmasına inandırmasına yol vermək olmaz.

Uşaq qrimlənmək istəmirsə rejissor razılaşır və uşağın qrimi vizual effektlərlə tamamlanır.

Qorxu filmlərində insanları səksəkəyə salan əsas momentlər montaj zamanı əlavə olunduğu üçün çəkiliş zamanı heç də hər şey qorxulu görünmür, əksinə iş prosesi çox zaman gülüşlə müşaiyət olunur.

# 2229
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Türkiyədə serial çəkilişləri dayandırıldı

Türkiyədə serial çəkilişləri dayandırıldı

8 fevral 2023 , 15:27
Oktay Kaynarca üsyan etdi : Bir məmləkət bu qədər sınanarmı?

Oktay Kaynarca üsyan etdi: Bir məmləkət bu qədər sınanarmı?

8 fevral 2023 , 14:26
Ceyhun Hidayətlinin "Əqrəb" kitabı təqdim oluncaq

Ceyhun Hidayətlinin "Əqrəb" kitabı təqdim oluncaq

8 fevral 2023 , 10:55
“Məni bu suala cavab verməyə məcbur etməyin” – Vulf Dornun "Kulis"ə müsahibəsi

“Məni bu suala cavab verməyə məcbur etməyin” – Vulf Dornun "Kulis"ə müsahibəsi

8 fevral 2023 , 10:18
Azərbaycanlı məşhurların  zəlzələ ilə bağlı   dedikləri – "Bir insanı xilas etsəm..."

Azərbaycanlı məşhurların zəlzələ ilə bağlı dedikləri – "Bir insanı xilas etsəm..."

7 fevral 2023 , 19:01
Məşhur serialın aktyoruna  AĞIR İTTİHAM:  Uşaqlara təcavüz...

Məşhur serialın aktyoruna AĞIR İTTİHAM: Uşaqlara təcavüz...

7 fevral 2023 , 17:59
Əməkdar artist qəhər içində: “Gülən şəkillərinizi yığışdırın!”

Əməkdar artist qəhər içində: “Gülən şəkillərinizi yığışdırın!”

7 fevral 2023 , 16:42
Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı işlər aparır - RƏSMİ

Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı işlər aparır - RƏSMİ

7 fevral 2023 , 14:47