Məşhur aktyor Bred Pitt ötən gecə “Qızıl Qlobus” mükafatlandırma mərasiminə qatılıb.
Lent.az xəbər verir ki, qırmızı xalıya çıxmaqdan imtina etsə də, aktyorun yeni imici diqqətdən yayınmayıb.
59 yaşlı Bredin yeni saç düzümü ilə yanaşı, üzündəki dəyişikliyin və yeni dolğularının olması sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub.
Qeyd edək ki, Bred Pitt “Babil” filminə görə “Ən yaxşı ikincidərəcəli aktyor” nominasiyasına namizəd olub.