Puşkinin  sarışın adam   qorxusu: Gerçəkləşən kəhanət
27 aprel 2023 18:34 (UTC +04:00)

Puşkinin sarışın adam qorxusu: Gerçəkləşən kəhanət

Lent.az “Ömrün bir anı” rubrikasında Rusiyanın böyük şairi Aleksandr Sergeyeviç Puşkinin taleyində baş vermiş mistik məqam barədə məlumat verir.

Şairin gəncliyində Peterburqda alman əsilli Kirxqof adlı məşhur bir falçı yaşayırdı. Bütün elitanın üz tutduğu falçıya hələ o zaman məşhurlaşmamış gənc Puşkin də müraciət edir və aldığı xəbərlər bütün ömrü boyu onun qorxulu röyasına çevrilir.

Falçı Puşkinə bildirir ki, o, sarışın bir adam tərəfindən öldürüləcək, ağ atlar isə onun başına bəla ola bilər. Bundan əlavə Kirxqof onun məşhur bir insan olacağını, lakin ömrünün yarımçıq qalacağını da söyləyir.

Puşkin bu açıqlamadan sonra bütün sarışın dostlarından və ağ atlardan uzaq qaçırdı.

O, falçının dediklərindən orxsa da, tez-tez duellərə girir, sanki ölümə can atırdı.

Bəlkə də qorxusunu bu qayda ilə azaltmağa çalışırmış.

Puşkin 21-ci duelini Danteslə edir və bu, onun sonu olur. 

Puşkin ölərkən şair dostu Pyotr Vyazemski onun tabutunun içinə bir tay ağ əlcək qoyub. Bu masonların ölüm anında həyata keçirdikləri ritualdır. Puşkin özü də gündəliklərində “mayın 4-də mason təşkilatına qəbul olundum” yazıb.

Bir çoxları Puşkinin mistikaya hədsiz inamının onu mason təşkilatına aparıb çıxardığını yazırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar