Bir zamanlar insanların sevərək izlədiyi və qatıldığı tele-şou olan “Pole çudes”in aparıcısı Leonid Yakuboviç maraqlı açıqlama verib.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yakuboviç heç bir zaman öz proqramını izləmədiyini və evində bu veriliş barədə danışılmasını qadağan etdiyini deyib.
“Mən heç bir zaman öz verilişimə baxmamışam. Heç bir dəfə də. Bu veriliş efirdən necə görünür, mən necə görünürəm, xəbərim yoxdur. Bizim evdə bu proqrama baxılmaq qadağan edilmişdi. Dostlarıma da demişdim, mənimlə bu barədə danışmasınlar. Bu veriliş mənim üçün sadəcə bir konsert idi. Aparırdım, bitirdi, vəssalam”,- deyə o qeyd edib.