Özcan Denizin  yeni serialı cəzalandırıldı
28 dekabr 2023 13:47 (UTC +04:00)

Özcan Denizin yeni serialı cəzalandırıldı

Türkiyənin Fox TV kanalı tərəfindən nümayiş etdirilən, baş rollarında Özcan Deniz və Özgü Namal oynayan “Qızıl qöncələr” serialına cəza verilib.

 Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Teleradio Şurası ( RTÜK) serialın nümayişinin 2 həftə dayandırılmasına və istehsalçıların əldə edilən gəlirin 3 faizi məbləğində cəzalandırılmasına qərar verilib.

RTÜK serialın "cəmiyyətin milli-mənəvi dəyərlərinə" zidd olduğunu və dini məsələlərlə bağlı insanlarda çaşqınlıq yaratdığını əsas gətirib.  

Serialın növbəti bölümü 15 yanvarda ekranlara çıxacaq.

Sosial şəbəkələrdə filmin rəqəmsal platformada yayımlanacağına dair ehtimallar səsləndirilib.

# 4722
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar