RTÜK tərəfindən cərimələndiyi üçün yeni bölümü yayımlanmayan "Kızıl Gönçələr" serialının baş rol ifaçısı Özcan Dəniz susqunluğunu pozub.
Lent.az-ın xəbərinə görə, sekulyar Atatürkçü Levent (Özcan Dəniz) və uşaq ikən bu təriqətin kölgəsi altında evləndirilən Meryemin (Özgü Namal) hekayəsindən bəhs edən 'Qırmızı Qoncalar', məzhəblərin və dini icmaların, afişaların hədəfinə çevrilib.
Serialın baş rol ifaçısı Özcan Deniz yaşananlardan sonra susqunluğunu pozub.
İnstaqram hesabından açıqlama verən Dəniz, "Mən əxlaq keşikçisi deyiləm" deyərək üsyan edib.
Serialın yayım tarixini açıqlayan aktyor bunları deyib: " Əxlaq keşikçisi deyiləm. Bununla belə, karyeramın ən əxlaqlı işində olduğumu düşünsəm də, dramatik şəkildə əxlaqsızlıq etdim.
Bu iş günahlandırıldı. Və əxlaqsızlıqla məşğul olanlar təəfindən ittiham edildik. Yanvarın 22-də yenidən ekranlarda olacağıq”.